|
Yayın ortalarına gəldik, bəlkə tətilə getməyə vaxtınız olmaya bilər amma həftə sonu üçün bir yerlərə getmə fürsətini də qaçırmaq istəməzsiniz. Heç bir şeyin əskik olmaması üçün yanına nə almaq lazım olduğunu bilirsinizmi?
Yayın tam ortasına gəldiyimiz bu günlərdə havalar yaxşıca istiləndi və həftə sonu istirahəti belə olsa indi tətilə çıxma zamanı! Tətilə qərar vermək asandır ancaq çamadan hazırlama hissəsi işin ən çətin yeridir. Əslində həftə sonu istirahətlər üçün çamadan hazırlamaq, bir aydan uzun sürən tətillər üçün çamadan hazırlamaqdan çətindir. Çünki o qısa zamanda həm az əşya aparmaq istəyərsiniz, həm də az amma ən lazımlı əşyaları seçməkdə çətinlik çəkirsiniz. Ən kiçik detalları belə yadınızdan çıxaracağınıza qorxursunuz. Geyimləri və ayaqqabıları qırıştırmadan çamadan necə hazırlanar?
Nə götürəcəyinizi qabaqcadan planlaşdırın!
Həftə sonu istirahət və ya uzun tətilləriniz üçün çamadanınızı hazırlamazdan əvvəl mütləq çimərlik paltarınızı və rahat paltarları götürün, neçə gün qalacaqsınız və hansı gün gecə çıxma ehtimalınız var, bunları düşünərək tətil proqramınızı bir kağıza yazın. Buna görə fikrinizdə hər gün üçün nə geyinəcəyinizi düşünün və bunları siyahılaşdırın və ona görə paltarlarınızı secin. Yanınızda əlavə paltarlar götürməməyə çalışın. Götürəcəyiniz paltarların bir-birinə uyğun gələn rənglərdə olmasına çox diqqət yetirin. Beləcə həm dəstləşdirmək şansınız olar, həm də hər paltara uyğun başqa rəng ayaqqabı geyinməkdən xilas olmuş olarsınız. Ən çox 4 ayaqqabı götürəcəyinizə dair özünüzə söz verin. Başmaq və sandal, dikdaban ayaqqabı və sport ayaqqabılar çamadanda daha az yer tutar, buna görə iki üç dənə ala bilərsiniz. Dikdaban ayaqqabı bir dənə götürməniz kafi olacaq çünki tətildə rahatlıq ön planda olduğu və çamadanda boşuna yer tutacağı üçün bir dənədən çox dikdaban ayaqqabı gərəksizdir.
Yanına qara bir paltar götürməyi unutmayın, mini qara paltarlar həm gündəlik həm də gecə üçün sizi xilaskarınız olacaq. Bu mövsümün trendlerinden olan maksi paltarlar, həm bir çox bədən tipinə uyğun, həm də asan dözən və daşınan parçalardandır. Gündüz barmaq arası başmaqlarınızla, axşamları isə dikdaban ayaqqabı və aksesuarlarınızla tamamlayacağınız maksi paltarları çamadanınızda mütləq saxlayın. Açıq rəngli, pambıqlı, tərlətməyən köynəklər, tuman, çimərlik geyimi unutmamanız lazım olan digər parçalardandır.
|