Səyahətdə yarı yolda qaldığınızda nə etməli?
Tarix: 03.02.2010  |  79 dəfə oxundu

Səyahətiniz əsnasında yarı yoldamı qaldınız? Ən ucuz oteldə bir gecə belə qalamağa heç pulunuz yoxdur? Unutmayın pul ağacda yetişmir, siz pul tapmağın yollarını bilməlisiniz. Ya pərt halda yoldaşlarınız və ailənizi axtarıb geri dönüş biletinizi göndərmələrini istəyəcək ya da öz başınızın çarəsinə baxıb yolda həyatınızı davam etdirmək üçün bu 10 pul qazanma yolundan birini seçəcəksiniz:
1. Küçə çalğıçılığı Qabiliyyətlisinizsə (olmaya da bilərsiniz), bu pul qazanmaq üçün əlverişli bir yoldur. Tək, başqasının iş sahəsini işğal etmədiyinizdən əmin olun və müəyyən bir bölgədə performansınızı göstərməyin qanunlara uyğunluğunu nəzarət edin. Əks halda polislə bir qaçdı-tutdu oyunu oynaya bilərsiniz.
2. Oteldə İşləyin Bir çox otel part-time iş qarşılığında endirimli ya da ödənişsiz yerləşmə imkanı təqdim edər. Qonaqların otağında təmizlik etmək çox xoş görünməsə də bu sürətli pul, pulsuz yataq və yeni yoldaşlıqlar üçün gözəl bir fürsətdir.
3. Təmizlik Bəli, təbiəti qorumaq sizə pul gətirər. Bir çox Avropa ölkəsində, yığdığınız şüşələr qarşılığında pul alarsınız. Otelin oturma salonunu təmizləyərək boş şüşələri yığıb bölgədəki bir süpermarketə apara bilərsiniz. Beləliklə müəyyən bir miqdara qədər pulunuz olacaq.
4. Qan donoru Yaxşı bir az dəlilik etsəniz nə olar? Yaxınlıqdakı şəhərlərin birində donora ehtiyac var, qatar bileti də ucuz deyil. Ayrıca da həyat qurtarmış olcaksınız. Qorxmanın nə yeri var?
5. Model Mağaza aynalarında olan manikenlərə baxmaqdan kef alırsınızmı? Elə isə bel çantanızı bir neçə saatlığına çıxarın və reklam modelliyinin parıltılı dünyasına doğru yollanın. Əksər elan siyahılarında və şəhər iş saytlarında olan bu fürsətlər istifadə edin. Cəmi bir neçə pozadan ibarət olacaq..
6. Video Xəbərçilik Youtube həvəskar videoları böyük maraq dairəsindədir. O halda siz də səyyah bir film prodüseri ola bilər, videonuzu öz qurduğunuz bir sayt üzərindən ya da turizm saytlarına sataraq pul qazana bilərsiniz.
7. Virtual Poker Risk etməyi sevənlər üçün bir pul qazanma yolu. Bir çox səyyah səyahət xərclərini virtual mühitdə oynadıqları pokerdən çıxarmışdır. Bank hesabınızın silinib süpürülməsi riskinə qarşı diqqətli olmanız da əhəmiyyətlidir.
8. Boyaçılıq Boyaçılıq çətinlik çəkmədən tapa biləcəyiniz bir iş, ancaq qabiliyyətlərinizi ortaya qoyaraq təqdim etdiyiniz xidməti ev, ofis və bağda da edə bilərsiniz.
9. Qab-qacaq və ya Mətbəx Personalı Zibil qutusunu qarışdırmaq məcburiyyətində qalmadan yemək artıqlarını tullayın. Bir restoran mətbəxində işin stressini, işləyənlər arasındakı dostluğu və dəliliyi yaşayın. Bu bəlkə də gözlərinizi yeni bir karier yoluna tikmənizi belə təmin edə bilər.
10. Benzin doldurma məntəqəsi işçisi Bu üsuldan ən çox yaraşıqlı oğlanlar və ya cazibədar qızlar asanlıqla istifadə edərək yaxşı pul qazana bilərlər. Benzin doldurma mətəqələrinin rəisləri ilə danışaraq müəyyən bir saat ərzində orada gələn maşınlara benzin doldura bilərlər.

Oxuyun bilin laqeyd yanaşmayın bəlkədə nə vaxtsa ehtiyacınız oldu. Adətən bu cür iş yerləri barədə şəhər rəhbərliyinin internet səhifələrində yerləşən elanlardan tapa bilərsiniz.