Restoranda sağlamlığın 10 asan yolu
Tarix: 07.02.2010  |  74 dəfə oxundu

Yaxşı bəslənmə mövzusunda israrçı davrananların çöldə yemək yeyərkən də bu problemlərdən uzaq, sağlam bir qida seçmələri mümkündür.
Aşağıdakı yazılarımızı oxumaqla restoranda sağlam qalmağın yollarını öyrənə bilərsiniz:

“Yaşasın Həyat”bəslənmə mütəxəssisləri bu istiqamətdəki səyləri dəstəkləyəcək 10 maddəlik bir yol xəritəsi hazırladı. Yol xəritəsi...
1.Qızartma və ya buxarda bişmiş ya da qaynadılmış yeməkləri seçin. Buxarda bişirilmiş və ya qızardılmış tərəvəzlər, balıq, toyuq, ət yaxşı bir alternativ ola bilər.
2.Yeməyə başlayarkən çörək-kərəyağı ikilisindən uzaq durun. Yemək boyunca daha çox kalori əldə etməyin ilk hazırlıqları yeməkdən əvvəl edilən bu kiçik xidmət detallarıyla başlayır. İmtina etmənizdə fayda var.
3.Yeməyə şorbayla başlayın. Şorba daha az kalori qazanmanın və yeməyi uzatmanın, doygunluk duyğusunu daha tez olmasında yaxşı bir alternatividir. Amma diqqət yetirin; kremli və yağlı bir şorba seçməyin.
4.Qabları bəzəmək üçün istifadə edilən kartof püresi, plov, rizotto parçaları kimi unlu, ağ düyülü, nişastalı alternativləri, tərəvəz və ya başqa sağlam seçimlələ dəyişdirin.
5.Süfrədən çörəyi azaldın da bir neçə parça ilə məhdudlaşdırın. Yağlı, kremli çörəklərdən uzaq durun.
6.Salatlarınıza hazır sous əlavə etdirməyin. Sousu özünüz əlavə edin. Xüsusilə krem, mayonez vs. souslara xeyr deməkdən çəkinməyin.
7.Başlanğıc yeməyini elə bir seçki edin ki, əsas yeməyiniz yerinə də vəziyyəti idarə etsin.
8.Əsas yemək seçkilərinizdə bişirmə üsullarını, yağ və duz həcmini mütləq sorğulayın. Az yağla hazırlanan yeməkləri seçin.
9.Şirin məmulatların sifarişini təxirə salın. Mütləq bir az şirin deyirsinizsə bir qaşıq disert, kiçik bir parça dondurma, daha da yaxşısı birazca meyvə xidməti ilə kifayətlənin.
10.Ümumiyyətlə boşqab böyüklüklərinin ən əhəmiyyətli nöqtə olduğunu ağılınızdan heç çıxartmayın. Kiçik boşqablar ən sağlam seçkilərdir.
Ayrıca yeməyin təqdimat qeydində bu sözlər varsa o yemək daha yağlı deməkdir ağılınızdan çıxarmayın: Kərəyağında qızardılmış, galeta unuyla hazırlanmış, yağda qızardılmış, mayonezli, kremli, kərəyağlı, qovrulmuş, ət suyu sousu ilə hazırlanmış, tavada qızardılmış, hollandiya ya da bearnaise souslu-bu souslar bol miqdarda yağ tələb edər.

Xüsusi qeyd: xəmir yeməklərdən uzaq olun... Rahatlığınız və sağlamlığınız üçün axşamlar yemək yeməkdən çəkinin.