Tətil çamadanınızda nə olmali?
Tarix: 07.02.2010  |  81 dəfə oxundu

Tətil vaxtı gəldi! Götürəcəyiniz heç bir şeyi unutmamaq üçün və asanlıq təmin edən praktik təkliflərimiz üçün yazımızı oxuyun; tətilə böyük bir çantayla çıxın. Tətilinizi hər şey daxil tarifi ilə fəaliyyət göstərən bir istirahət mərkəzində keçirəcəksinizsə əgər; sport geyiminizdən klassik paltarlarınıza, başmağınızdan dikdaban ayaqqabınıza, çimərlik paltarınızdan ziyafət paltarlarınıza qədər günün dəyişik saatlarında istifadə edə biləcəyiniz və dəyişəkli paltarlar aparmanızda fayda var. İki-üç şort, köynək, bir neçə çimərlik geyimi və başmaq, səhər naharından axşam otağınıza çıxana qədər hovuz, dəniz kənarı və restoranlar arasında keçirəcəyiniz zaman müddətində çox yaxşı sizi qurtara bilər. Sırf dəniz kənarı fəaliyyətlərinə bağlı qalmayıb tətilinizi tennis, golf kimi idmanlarla rəngləndirməyi düşünürsünüzsə yanınızda idman ayaqqabı və corab aparmanız da lazımdır. İstirahət mərkəzi xaricinə çıxmadığınız müddətcə günü yüngül bir kofta və şortiklə keçirə bilərsiniz. Gecə ziyafətlərində paltarı rahat ya da qəşəng görünmə istəyinizə görə dəyişə bilərsiniz. Mədəniyyət turu ya da dəbdəbəli olmayan mehmanxana üçün mümkün olduğunca rahat paltarlar seçməlisiniz. İdman ayaqqabısı götürməniz qəti şərtdir. Bol cibli şalvarlar və şortların ən böyük qurtarıcısı isə ağ köynəkdir. Günəşi daha çox özünə çəkdiyi üçün qara, göy kimi tünd rənglərdən mümkün olduğunca uzaq qaçmaqda fayda var. İdman ayaqqabısı qədər lazımlı əşyalardan biri də gün kepkalarıdır. Yüksək qoruyuculu bir günəş kremi də mütləq götürülməsi lazım olanların arasındadır. Bunların xaricində tətilinizi keçirəcəyiniz məkan bir gəmidirsə, bütün gününüz gəmi içində günəş və dənizlə sıx təmasda keçəcəyiniz üçün lüksdən uzaq; bikini, çimərlik geyimi, şort və tişörtten ibarət olan ən rahat paltarlarınızı və bol miqdarda günəş qoruyucu məhsullarınızı aparmalısınız. Hava nə qədər isti olursa olsun göyərtədə səhər mehində və sərin gecələrdə qorunmaq üçünsə qalın şalvar, bir yun köynək mütləq yanınızda olmalıdır. Yerləşəcəyiniz məkan və edəcəyiniz səyahətin növündən asılı olacaq qədər əhəmiyyət daşıyan bir başqa ünsür isə nəqliyyat seçimidir. Avtomobillə gedəcəksinizsə avtomobilinizin baqajının böyüklüyünə, təyyarələ gedəcəksinizsə isə, xüsusilə də xarici səyahətlərdə, adam başı kilo sərhədinə diqqət yetirmənizdə fayda var. Çamadanı çox əşyayla doldurmamaq üçün planlı olub, gün əsasında və bir-biriylə əvəzedilə bilən, kiçik detallarla fərqli görünüşlərə bürünə bilən paltarları seçməyə çalışın. Əslində nəqliyyat üçün istifadə edəcəyiniz vasitə nə olursa olsun çox çamadan götürməyi özünüzə dərd etməyin. Hər nə qədər otelin qapısında sizi qarşılasalar da, evdən avtomobilə, avtobusa ya da təyyarəyə qədər çamadanları daşımaq üçün xərcləyəcəyiniz pulu tətildə su idmanları edərək ya da rəqs edərək xərcləyə bilərsiniz.Nələrə Diqqət yetirməlisiniz?
1–Dəyişik şəkillərdə bir-birləriylə dəstləşdirə biləcəyiniz tərzdə və rəngdəki paltarları seçin. 2–Yanına, ən çox istifadə etdiyiniz və bütün paltarlarınıza uyğunlaşan aksesuarları alın. 3–İPodunuzun ya da mp3 playerinizin mahnı siyahısını aktuallaşdırmağı və qulaqlığınızı götürməyi unutmayın. 4–Səfər əsnasında şortik, yüngül köynək, idman ayaqqabısı kimi rahat paltarları seçin. 5–Ani hava dəyişmələri üçün yüngül bir plaş ya da bir jean pencək son dərəcə faydalı ola bilər. 6–Həm gecə həm də gündüz geyilə bilən ayaqqabılarınızı yanınızda götürün. 7–Diş pastası, şampun, şəxsi ehtiyaclarınız üçün istifadə edəcəyiniz məhsulların götürməyi unutmayın. Əks halda artıq pul xərcləmək məcburiyyətində olacaqsınız. 8–Çamadanınızı ağzına kimi doldurmayın, getdiyiniz yerdə qarşınıza mütləq almaq istədiyiniz yeni bir şeylər çıxacaqdır. 9–Ordan alacaqlarınız üçün yanınızda ehtiyat bir çanta götürün.Əsla itirmək istəmədiyiniz bütün əşyalarınızı, tətildə oxumağı düşündüyünüz kitablardan bir neçə dənəsini, şəxsi əşyalarınızı bu əl çantasına qoya bilərsiniz. 10–Yanına əl fənəri, qara/ağ rənglərdə iplik və iynə kimi təcili vəziyyətlərdə faydalı ola biləcək şeyləri agötürməyi laqeyd yanaşmayın. 11–Davamlı olaraq istifadə etdiyiniz və ya lazımlı ola biləcəyini düşündüyünüz dərmanlarınızı əvvəldən hazırlayın və nəzarət edin.