Tətilə getmək istəyənlərə məsləhətimiz
Tarix: 07.02.2010  |  67 dəfə oxundu

Tətilə getməyə hazırlaşırsınız? Getməzdən qabaq məsləhətimiz:

1 – İnternetdən otel axtarmayın, internetdəki şəkillərlə və məlumatlarla gedib gördüyünüz otel arasında kəskin fərq olur.
2- Əyləncəni Sizin yaratdığınızı unutmayın, ona görə də siz nə qədər çox əylənsəniz, tətil də bir o qədər maraqlı keçər.
3- “Hər şey daxil” olan tarif paketini seçməniz daha məntiqlidir. “yox mən daha ucuz bir yerə getsəm az pulum çıxar” deməyin, çünki tətildən qayıdarkən hər şey daxil olan tarif paketinə verəcəyiniz puldan daha çox xərclədiyinizi görəcəksiniz.
4 – turist oğlanlarla dost olun və onların dil üstünlüklərindən yararlanın. Turist oğlanlar sizin sponsorunuz da ola bilərlər.
5 – dənizdə qızlarla tanış olmaq üçün 1 su topu, 1 çimərlik çətiri və 2-3 nəfər yoldaşınızın olması kifayətdir. Qrupunuz nə qədər əyləncəli və aktiv görünsə, bir o qədərdə sizə yaxınlaşıb oynamaq üçün qoşulanların sayı çox olacaq.
6 – Səyahətə çıxarkən mütləq hesabınıza pul qoyun.
7 –Mütləq gedəcəyiniz ölkədə səfirliyin əlaqə telefonlarını və ünvanını özünüzlə götürməyi unutmayın.
8 – Özünüzlə qayıdarkən yadigar olaraq hədiyyə almaq üçün pul saxlayın.
9 – Getdiyiniz ölkəyə öz ölkənizin milli atributlarını əks etdirən bir neçə kiçik hədiyyə götürməniz məsləhətdir.
10 –Bəzi mühüm anları qeyd etmək üçün foto və ya video kamera götürməniz məsləhətdir.
11 – Axşamlar bəzi otel restoranlarına girmək üçün mütləq klassik geyimə ehtiyac olacaqdır.
12 – turist olarkən siyasi və dini söhbətlərdən uzaq durmaq məsləhətdir.
13 – Fərqi yoxdur avtobusla, gəmi ilə səyahətə çıxarkən orta hissədən yer alın. Çünki orta hissələr müvazinəti yaxşı saxladığından narahat olmazsınız
14 – Otelin restoranlarında yemək şəhər restoranlarından 2 dəfə bahalı olduğunu unutmayın.
15 - Xaricdən bir şey satın alacaqsınızsa “department store” kimi yerlərdən alın. Buralarda çox ucuz və keyfiyyətlisini tapa bilərsiniz.