|
Səyahət insanların alış-veriş hisslərini gücləndirər. Həmişə nəsə almaq istəyərsiniz. Nadir hallarda mütləq bir şey götürərsiniz. Oradan alaram, çamadanda çox yer tutmasın deyə elə hey düşünərsiniz. Bunun üçün ya çamadanınızda əlavə boşluq buraxın ya da yeni bir çamadan götürməyə hazır olun.Və ya açılıb-bükülən çamadanlara üstünlük verin.
Xaricdən çamadan satın alacaqsınızsa “department store” tərzi yerlərdən alın. Buralarda çox ucuz və keyfiyyətli çamadanlar tapa bilərsiniz. Çamadan itməsi çox sıravi bir hadisədir. Üstəlik ümumiyyətlə itməz, bir-iki gün içində mütləq ünvanınıza gəlir (səhv bir uçuşa köçürülmüşdür çünki). Onun üçün dərman, pulqabı, açar kimi çox əhəmiyyətli və kiçik şeyləri mütləq üstünüzdə gəzdirin. Hava yolları bu tip baqaj itmələrində sizə kiçik bir set verir. Bunlarda daraq, deodorant, diş fırçası və məcunu, t-shirt, krem, kişisinizsə prezervativ, qadınsınızsa gigiyenik ped / tampon kimi şeylər olur. Xüsusilə London və Amsterdam da çamadan itmə riski daha çoxdur.
Çamadanı hazırlayarkən bunları nəzarət edin:
Aparılması qadağan olunan hər hansı bir şey varmı?
İstifadə etdiyiniz elektronik alətlərin enerji cihazlarını götürdünüzmü? (kompüter, musiqi, üz qırxan maşın və s) Əgər götürməmişsinizsə, hava limanından da ala bilərsiniz ancaq orada çox baha qiymətə tapacaqsınız.
Qırılacaq şeylər varmı? Əgər elə isə bunları ya götürməyin ya da çamadanınızdakı paltarlarınızın arasına qoyun.
Çamadanınızda mütləq adınız, e-poçt ünvanınız və cib telefonunuzun olduğu bir vizit kartınız taxılı olsun.
Çamadanlar rəng və modelləri səbəbiylə bir-birinə bənzər. Baqajda səhvlərə qarşı sizinkini ayıran bir şey qoyun və ya bir sap bağlayın, bir kənarını kiçik bir işarə qoyun. Etiket yapışdırmayın, onlar ümumiyyətlə düşər.
Əgər çamadanınız bahalı və rəngli cinsdənsə və çirklənməsinə könülünüz razı gəlmirsə, bir çox hava limanında olan salafan çəkmə xidmətindən istifadə edə bilərsiniz.
ÇAMADANINIZI QIFILLAMAYIN! Bu qeyri-qanunidir. 11 Sentyabr hadisəsindən sonra təhlükəsizlik mütəxəsizləri çamadanınızın içini heç bir səbəb olmadan araşdırma səlahiyyəti var. Əgər qıfıllıdırsa qırma səlahiyyətləri də var. Bu səbəbdən dəyən ziyana görə heç bir məsuliyyətdə daşımırlar.
Xüsusi qeyd: Pasportunuzu ƏSLA çamadanınıza qoymayın.
|