|
Bu günlərdə şəhərimizdə fəal gənclərin birliyindən ibarət "Ayaqizi" qrupu yaradıldı.Müsahibimiz qrupun təşəbbüskarlarından biri Ruslan Musayev bildirdi ki, bu qrupu yaratmaqda əsas məqsədimiz gənclərin asudə vaxtlarını daha maraqlı və səmərəli keçməsi üçün ekskursiyalar, turlar, düşərgələr və .s təşkil etməkdən ibarətdir. Qrupun əsas işçi qüvvəsi 5 nəfər fəal gəncdən ibarətdir. Bu beş nəfər gənc verilən vəzifələrə uyğun gənclərlə işlər aparırlar. Biz artıq işə başlamışıq. Belə ki, may ayının 20-də "Qoyduğumuz ilk iz Gəncədə..." devizi altında ekskursiyalarımıza start verəcəyik.
Artıq "Ayaqizi" qrupu may ayının 20-də Gəncə şəhərində ekskursiya planlarını həyata keçirdilər. Plan əsasən şəhərin gözəl, mənzərəli və tarixi yerlərini gəzməkdən ibarət idi.
Gənclər ilk olaraq ümummilli liderimiz, tarixi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra MEA-nın elmi işçisi Rauf Hacıyevin bələdçiliyi ilə tarixi məkanların gəzintisinə başlandı. İlk olaraq "Heydər Əliyev adına müzey", daha sonra "Şah Abbas" məscidi, "Cavad xanın" türbəsi, "Qənbər Hüseyinlinin" qəbir üstü abidəsi, "Xan bağı", "Qədim Gəncənin" qala divarları, "Butulka ev", sonra isə Gəncəmizin müqəddəs ibadət evi olan "İmamzadə" türbəsini ziyarət etdilər. Ziyarətdən sonra qrup Gəncəni bütün dünyaya tanıdan Şeyx Nizamini və Məhsəti Gəncəvinin məzarlarını ziyarət etdilər. Nəzərinizə çatdırım ki, ekskursiya zamanı bələdçi gəzilən yerlər haqqında ətraflı məlumat verir və gəncləri maraqlandıran sualları cavablandırırdı. Günün ikinci yarısı Heydər Əliyev adına parkda davam etdi. Belə ki, ekskursiyaçılar 6 saatlıq gəzintidən sonra "piknik" təşkil edib, istirahət etdilər. İstirahətdən sonra proqramda nəzərdə tutulmuş əyləncəli oyunlar gənclərin fiziki yorğunluğunu aradan götürməyə kömək oldu. Ən əsası olaraq daha maraqlısı onda oldu ki, bu ekskursiyanın hədiyyəsini kim udacaq idi. Bələdçi bildirdi ki, gün ərzində gəzdiyimiz yerlərlə bağlı 10 sual veriləcək və bu sualları kim düzgün cavablandırsa günün qalibi odur. Oyuna start verildi. Nəhayət oyunçular arasında gedən maraqlı və gərgin mübarizədən sonra GDU-nin tarix-coğrafiya fakultəsinin tələbəsi Emin Həsənov yarışın qalibi elan olundu və ona "Ayaqizi" qrupu adından hədiyyə təqdim olundu. Təşkil olunmuş gəzinti gənclərin ekskursiya ilə bağlı maraqlı fikirləriylə başa çatdı..
Günel Yusifli
|