Yol boyu xəzəllə örtülü olan cığırlardan keçərək
Tarix: 25.05.2008  |  54 dəfə oxundu

18 May tarixlərində Ayaqizi Gənclər Qrupunun 1 yaşı tamam oldu. Bu münasibətlə surpriz tur təşkil edən qrupumuz, havanın yagışlı keçməsi ilə əlaqədar olaraq turun vaxtını 25 May tarixinə keçirdi.
25 Mayda Günəşin parlaq şuaları altında yola düşdülər, 18 nəfərlik heyyət Xanlardan, Hacıkəntdən keçərək, Toğanada münasib bir ərazidə, maşınla getmək imkanı olmadığından avtobusdan düşərək, 7 km-lik bir yolu piyada getməyə başladılar, çünki bu yolun axırında Azərbaycanın nadir incisi sayılan Göy-göl vardı. Yol boyu xəzəllə örtülü olan cıgırlardan keçərək, uzun bir yolu qət edən qrup Göy-gölə çatdı. Gölün gözəlliyindən heyran qalan gənclər ömür boyu bir xatirə olaraq bu günün yadda qalacağını söylədilər. Gölün ətrafında ailə şəkilləri çəkdirən qrup təzədən 7 km qət edərək Toğanaya döndülər. Toğanada əla bir yer tapdıqdan sonra hərə bir işlə məşğul olmağa başladı, kimisi kabab bişirir, kimisi gitar çalır, kimisi top oynayır, kimisi somavar qaynadır, kimisi ətrafı gəzir, kimisi də gölün gözəliyinin təsiri atında xəyallara dalmışdı.
Hava qaralmağa başlayırdı, qrup rəhbərinin tapşırığı ilə hərə bir tərəfə dağılaraq çırpı toplamağa başladı. Hə, nəhayət böyük bir tonqal qaladığımızı görən günəş buludların arasına çəkilərək, ayla yerini dəyişdi. Aylı gecədə, tonqal ətrafında toplaşan gənclərin gözlədiyi məqam yaxınlaşdı. Bəli saatlarla bizi gözləyən tort nəhayətki kəsilirdi. Inanin gözəl təbiət qoynunda somavar çayı ilə tortun yeri tamam başqa idi. (yeriniz məlum..)
Heç kim tələsməsədə saatın əqrəblərini saxlamaq olmurdu, sanki açılan gözəl səhərlərin, xoş təsuratların yenidən gəlməsini istəyirdi. Nə deyək, hamı vaxta tabe idi. Bizdə yola düzəldik. Yolda avtobus bəzi yerləri çıxa bilmədiyindən, avtobusda əyləşən qoçaqlar avtobusu yarı yola qədər itələyə-itələyə gətirdilər. Nəhayətki Gəncəyə çatdıq. Bu da bizim surpriz tur.. (Yox-yox bizim surprizlərlə dolu olan turumuz ;))